Читать онлайн «Avtoritar şəxsiyyətin necəliyi»

Автор Теодор Адорно

Theodor Adorno

Avtoritar şəxsiyyətin necəliyi

BİRİNCİ FƏSİL

A.

GİRİŞ

Bu müsahibələrdə subyektlərimizə verdiyimiz sualların siyahısı aşağıda təqdim olunur. Bu sualların hamısının hər bir subyektə verilmədiyini və hər sualın bütün subyektlərə eyni formada verilmədiyini qeyd etmək lazımdır.

Ancaq sualların aid olduğu mövzu hər bir halda yaxşı əhatə olunurdu.

Yəhudilər haqda sualların siyahısı:

– Yəhudi probleminin mövcud olduğunu hesab edirsiniz? Əgər cavab müsbətdirsə, nə mənada mövcuddur? Bu haqda fikirləşmisinizmi?

– Sizin yəhudilərlə əlaqələriniz olub? Hansı formada? Bu əlaqə ilə bağlı hər hansı bir adam yadınızdadırmı? Əgər cavab mənfidirsə, onda baxışlarınız nəyə əsaslanır?

– Yəhudilərlə əlaqədə olanda mənfi xüsusiyyətlərə malik təcrübəniz olub (yaxud bu barədə eşitmisinizmi)? Əgər belədirsə, hazırki şərait sizin fikrinizi dəyişə bilərdimi? Əgər cavab xeyrdirsə, onda nə üçün?

– Digər insanların arasından yəhudini seçə bilərsinizmi? Necə?

– Yəhudilərin dini haqda nə bilirsiniz?

– Yəhudilər qədər pis olan xristianlar varmı? Onların sayı pis yəhudilərin sayından faiz olaraq çoxdur?

– Yəhudilərin ağır zəhmətə münasibətləri necədir? Bədnam yəhudi işgüzarlığı barədə nə bilirsiniz?

– Yəhudilərin kinomatoqrafiya, radio, ədəbiyyat və universitetlərdə nəzərə çarpan nüfuza malik olmaları doğrudurmu? Əgər belədirsə, burda pis nə var? Buna qarşı nə tədbir görmək lazımdır?