Читать онлайн «KAPİTAL. Siyasi iqtisadın tənqidi»

Автор Маркс Карл Генрих

Karl

MARKS

SİYASİ İQTİSADIN TƏNQİDİ

I KİTAB

KAPİTAL İSTEHSALI PROSESİ

KitabKlubu. org

BAKI 2016

Karl Marks

KAPİTAL. Siyasi iqtisadın tənqidi

I kitab – Kapital istehsalı prosesi

KitabKlubu. org, 2016, 652 səh.

Tərcüməçilər: M. Ağamirov, A. Gülməmmədov, S. Məlikov, C. Cabbarov

Redaktorlar: M. Mustafayev, İ. Əliyev

Transliterasiya: Dürdanə Ramazanlı, Rauf Həmidov

Ön söz: Rafiq Məmmədli

Tərtibat: Elçin Hüseynov

Alman filosofu, siyasətçisi, marksizm nəzəriyyəsinin banisi, Karl Marks bütün həyat işi hesab etdiyi «Kapital» əsərində kapitalizmin bütün əsas iqtisadi kateqoriyalarının təhlilini vermiş və bununla da dünya istehsal tarixində misli görünməmiş kəşf etmişdir. Əsərin birinci cildində bilavasitə kapital istehsalı prosesini, ikinci cilddə tədavül prosesini, üçüncü cilddə bütövlükdə götürülmək şərtilə kapitalist istehsalı prosesini öyrənmişdir.

«Kapital» – müasir kapitalizm cəmiyyətinin iqtisadi quruluşunu, yəni kapitalist istehsal üsulunun anatomiyasını öyrədən bir kitabdır.

Əsərin əsası sayılan birinci cildini sizə təqdim edirik.

© AZƏRNƏŞR, 1969

© Kitab Klubu MMC, 2016

Kitabı əldə etmək üçün:

Zəka Kitab Evi: (012) 599-01-54, (050) 519-04-54

Kitab Klubu: (012) 489-84-69, (050) 404-91-13

Unudulmaz dostum

Vilhelm Volfa

ithaf olunur

ƏN BÖYÜK MÜTƏFƏKKİRİN ƏN BÖYÜK ƏSƏRİ HAQQINDA

Marks XIX–XX əsrlərdə dünya tarixinə ən çox təsir edən şəxsiyyətdir.

Jacques Attali

Hələ sağ ikən Marksın ideyalarını bir sıra müəlliflər dahiyanə adlandırır, bəziləri isə bir o qədər şiddətlə tənqid edirdilər. «Kapital» (tam adı – «Kapital. Siyasi iqtisadın tənqidi»; alm. Das Kapital. Kritik der politischen Ökonomie) (I cild – «Kapital istehsalı prosesi») ilk dəfə işıq üzü görməsindən (1867) demək olar ki, 150 il keçməsinə baxmayaraq Marksın ideyaları nəinki köhnəlib, aktuallığını itirib yaddan çıxdı, əksinə onun opponentlərinin əks arqumentləri getdikcə tükənməyə başladı. Artıq bu gün qətiyyətlə söyləmək olar ki, Marksın əsas ideyaları tarixi inkişafın son mərhələlərini dəf edərək müasir dövrün aparıcı ideologiyalarından birinə, bəlkə də birincisinə çevrildi.

«BBC»nin 1999-cu ildə keçirdiyi İnternet sorğusuna görə Marks ikinci minilliyin ən dahi mütəfəkkiri seçilib. ABŞ-ın ən iri kitabxanası olan «Konqres kitabxanası»nın kataloq göstəricilərinə görə isə Marks ona həsr olunmuş elmi əsərlərin sayına görə dünyada liderdir. Elə bu meyara görə də Marks tarixdə ən çox öyrənilən 100 şəxsiyyətin başında durur.

«Kapital» Marksın siyasi iqtisad üzrə baş əsəridir. Əsərdə dialektik-materializm yanaşması ilə kapitalizm təsərrüfatı başdan ayağa kritik analiz olunub.

«Kapital» – iqtisadiyyat elminin klassik əsəri kimi dəyərin əmək nəzəriyyəsi mövqeyindən yazılıb. Bir sözlə ifadə etmək olarsa Marks iqtisadi kateqoriya olan dəyərə – əmtəə (kapital) istehsalında ictimai zəruri əhəmiyyət daşıyan əmək baxımından yeni tərif verib.

«Kapital» tarixi bir missiya yerinə yetirərək klassik siyasi iqtisad elmini (neoklassik siyasi iqtisadla səhv salmayın) başa çatdırıb.

«Kapital»ı XX əsrdə dünyada gedən qlobal tarixi proseslərə ən çox təsir edən əsər hesab etmək olar.