Oq Mandino
Dünyanın ən dahi
taciri
Bakı – 2014
Oq Mandino
Dünyanın ən dahi taciri
Kitab Klubu, 2014, 144 səh.
Tərcüməçi: Elxan Rzayev
Kitab mənəviyyatın, özünü tərbiyənin və
ticarətin qızıl qaydalarını sadə və anlaşıqlı bir dillə oxucuya çatdırır.
Həyat burulğanında batmayıb, öz yerini tapmaq istəyən hər bir şəxs üçün faydalı olacaqdır.
© “Kitab Klubu”, 2014
ISBN 978-9952-8252-2-0
Kitabı bu nömrələrə zəng etməklə əldə edə bilərsiniz
Zəka Kitab Evi (012) 5990154, (050) 5190454
2
Salam… Mən Oq Mandinoyam. Mənim uzaq uşaqlığımın bəzi xatirələri indiyə qədər də
xatirimdə çox parlaq qalıb, çünki belə hallarda fikirlərim qəribə, balaca, kürən qadının – mənim anamın yanına qayıdır. Onun öz oğlunun gələcəyi haqqında xəyalları çox qeyri-adi idi.
Təkrar-təkrar: «Nə vaxtsa sən yazıçı, hətta dahi yazıçı olacaqsan» deyirdi. Və budur… Onun arzusu çin olub.
Uşaqların çoxu valideynlərinin onların gələcəyini planlaşdırmasından inciyirlər, mənim isə anamın fikrindən xoşum gəlirdi. Məşhur yazıçı olmaq! Hələ məktəbdə ilk qiymətimi almamışdan çox-çox əvvəl anam kitabxanadan kitablar gətirməyə başlamışdı. Daim uydurdu-ğum kiçik əhvalatlar da onun xeyirxah müha-kiməsinə verilirdi. Yuxarı siniflərdə mən məktəb qəzetimizin əvəzedilməz redaktoru idim.
Əlbəttə, o vaxt mənim planlarım daha əzəmətli idi – mən Missuridəki universitetə
daxil olmaq fikrindəydim, çünki oranı ölkədə
jurnalist hazırlayan ən yaxşı təsisat hesab edirdim. Və birdən… Məktəbi qurtarmağıma 3
altı həftə qalmış anam vəfat edir. Ölüm onu mətbəxdə, mənim üçün həmişəki qaydada yemək hazırlayanda, yaxalamışdı.
Mən itkinin ağrısı ilə barışana qədər acı zamanlar yaşadım.
1940-cı ildə, təhsilimi davam etdirmək əvəzinə, kağız fabrikində işləməyə getdim, 1942-ci ildə isə Hərbi hava korpusuna daxil oldum. 1943-cü ildə bombar-dımançı aviasiyada xidmət edəndə zabit rütbəsi verdilər və gümüş qanadlarla mükafatlandır-dılar. Mən B-24 «Liberator»da Almaniyanı otuz dəfə bombalamışdım.Müharibə qurtaranda Birləşmiş Ştatlara qayıtdım və tez də anladım ki, təkcə ali məktəbi bitirmiş keçmiş bombardmançı aviasiya zabiti üçün iş tapılmayacaq. İşsizlik müavinəti hesabına bir neçə ay acınacaqlı həyat sürdükdən sonra, sığorta agenti peşəsini seçməyə qəti qərar verdim. Müharibəyə gedəndə tanış bir qıza onunla evlənəcəyimi söz vermişdim və
indi bu vədi yerinə yetirmək niyyətində idim.
Mənim, onun və Tanrının bizə bəxş etdiyi kiçicik qızım üçün qorxulu yuxuya dönmüş on il keçdi. Sığorta biznesi sahəsində gecə-gündüz o qədər çalışmaq lazım gəlirdi ki, bəzən bu dəqiqə yıxılacağımı hiss edirdim. Bunula belə
4
biz borc bataqlığının daha dərin qatlarına enir və mən, ümidini itirmiş digər adamların bu gün də başına gəldiyi kimi, öz problemlərimin dairəsinə qapanmağa başlayırdım
Bir dəfə telefon zəngləri, təklif və sorğu-suallarla dolu gərgin iş günündən sonra «mütləq içməliyəm» fikri ilə bara girdim. Hesab edirdim ki, mən bu haqqı qazanmışam. Razılaşın ki, çoxları belə düşünür. Birinci qədəhin dalınca ikincisi gəldi. Sonra isə ikincinin dördüncüyə, dördüncünün altıncıya necə keçdiyini hiss etmədim. Nəticədə bundan bezmiş arvadım və