Читать онлайн «Ömər Xəyyam. GAH»

Автор Шамиль Султанов

1

GÖRKƏMLİ

ADAMLARIN

HƏYATI

Bioqrafiyalar seriyası

Əsası 1890-cı ildə F. Pavlenkov tərəfindən qoyulmuş və 1933-cü ildən M. Qorki tərəfindən davam etdirilmişdir 2

Ş. Sultanov, K. Sultanov

ÖMƏR XƏYYAM

(Görkəmli Adamların Həyatı)

Bakı · Kitab Klubu · 2017

3

Tərcümə edəni: Vəli Həbiboğlu

Redaktoru: Şölə Quliyeva

Şamil Sultanov, Kamil Sultanov

Ömər Xəyyam

Görkəmli adamların həyatı

Transliterasiya korrektoru: Dürdanə Ramazanlı KitabKlubu. org, 2017, 360 səh.

Kitab Şərqin böyük şairi və mütəfəkkiri Ömər Xəyyamın həyat və yaradıcılığından bəhs edir. Onun bir çox dillərə

tərcümə olunmuş şeirləri dünya şöhrəti qazanmışdır. Ömər Xəyyam həm də bir riyaziyyatçı və filosof kimi məşhurdur.

Müəlliflər az məlum olan çoxlu materiallar əsasında Ömər Xəyyamın həyat və fəaliyyətini işıqlandırmaqla yanaşı, həm də

XI–XII əsrlərdə müsəlman Şərqində mövcud tarixi şəraiti və

mənəvi həyatı da geniş qələmə almışlar.

© Kitab Klubu MMC, 2017

© Gənclik, 1991

Kitabı əldə etmək üçün:

KitabKlubu. org: (012) 489-84-69, (050) 404-91-13

Zəka Kitab Evi: (012) 599-01-54, (050) 519-04-54

4

GİRİŞ

Ömər Xəyyam… Bəli, dünyanın hər yerində böyük şairi, bütöv adı Qiyas əd-Din Əbu-əl Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri olan, adına əfsanələr qoşulmuş, bu günə qədər həyat tarixi sirli və müəmmalı qalan insan və alimi məhz belə

çağırırlar.

O, ən əvvəl kim olmuşdur? Şairmi? Astronommu? Riyaziy-yatçımı? Filosofmu? Bəlkə həm şair, astronom, həm də riyaziyyatçı və filosof olmuşdur? Axı tarix, demək olar, insan fəaliyyətinin bütün sahələrində qabiliyyətini sınamış az dahilər tanımır.

Belə insanlar bütün bəşər nəslinin zinətidirlər, onun böyük nailiyyəti, qızıl fondudurlar. Ömər Xəyyamı həmin nəslə aid etmək olarmı? Şübhəsiz. Lakin qarşıya başqa məsələ çıxır: onun hərtərəfli istedadının hansı tərəfi daha parlaqdır? Onun adının ölməzlik qazanmasında həlledici nə olmuşdur? Ensiklo-pediyaçı İbn Sina – bu ən əvvəl filosof və həkim idi, çoxtərəfli istedad sahibi olan Leonardo da Vinçi – bu təsviri incəsənətdə

daha parlaq təzahür edən istedaddır… Belə nümunələr tək deyildir. Lakin Xəyyamın hansı istedadına birinci yeri vermək olar?

Müəlliflər bu suala cavab vermək üçün oxuculara kiçik bir eksperiment keçirməyi təklif edirlər. Küçəyə çıxıb heç olmasa birinci rast gəldiyiniz on-onbeş nəfərdən Xəyyamın kim olduğunu soruşun. Şübhə etməyə bilərsiniz, cavab bir olacaqdır: şair. Bu, başlıcasıdır. Lakin ola bilsin ki, cavablarda Xəyyamın poeziyasının xarakteri haqqında məsələ barədə vahid bir fikir olmayacaqdır. Bəziləri – onlar əksəriyyəti təşkil edəcəklər –

deyəcək ki, Xəyyam şərabı və həyatın sevinclərini vəsf edən nəğməkardır, gedopçu və epikürçüdur. Başqaları əlavə edər ki,

«filosof-şairdir». Bəziləri isə yəqin deyəcəklər ki, Xəyyamın misralarında şərab da, həyatın sevincləri də tez sovuşan zövq almağın birbaşa vəsf olunması deyil, müsəlman ortodoksallığı-5

nın məhdud ehkam kimi qavranılmasına qarşı gizli bir eti-razdır: axı, məlum olduğu kimi, Quran mömin müsəlmanlara şərab içməyi qadağan edir. Sözsüz ki, sorğu keçirilən hər on nəfərin arasında böyük şairin ciddi fəlsəfi risalələri, həm də