Viktor Hüqo
PARİS NOTR-DAM KİLSƏSİ
Düz üç yüz qırx səkkiz il altı ay on doqquz gün bundan əvvəl parislilər paytaxtın üç hissəsində – Qədim şəhərdə, Universitet məhəlləsində və Yeni şəhərdə gurlayan kilsə zənglərinin səsinə yuxudan oyandılar.
Qapıların ağzında, pəncərələrdə, bacalarda və damların üzərində minlərcə şəhərli qaynaşırdı. Onlar məhkəmə binasını, onun qarşısındakı qələbəliyi diqqətlə seyr edir və bundan məmnun qalırdılar.
Parisdə indi də tamaşalara baxmaqdan böyük həzz alan insanlar vardır.