Читать онлайн «Spartak»

Автор Рафаэлло Джованьоли

Rafaello Covanyoli

SPARTAK

Birinci fəsil

Sullanın səxavəti

Roma tarixinin 138-ci ilində tikilmiş sirk təxminən yumurta şəklində idi. Sirkə girən əsas yol tağın altından keçirdi ki, buna Baş qapı deyilirdi. Digər tağların altındasa tövlələr, ya da “kameralar” yerləşirdi. Romalıların ən çox xoşladığı qanlı döyüşlərdə qladiatorlar, vəhşi heyvanlar bu kameralarda olardı. Tamaşaçıların oturması üçün amfiteatr şəklində olan sıraların arasında pilləkənlər vardı. Həmin pilləkənlər başqa pilləkənlərlə bitişirdi. Sıraların sonunda qadınlar üçün tağlı eyvan vardı. Tamaşa göstərmək üçün tikilən bu əzəmətli Roma sirki 675-ci ildə belə idi.

Bu gün axı nə olacaqdı? Bu qədər camaatı sirkə hansı tamaşa cəlb edirdi?

İndi sirkdə yüz mindən çox tamaşaçı vardı. Sıralardakı qara camaatdan bəzisi evdən gətirdiyi yeməyi çıxarıb böyük iştahla yeyirdi.

Dövlətlilərin ailələri qara camaatdan ayrı oturmuşdu. Onlar gülə-gülə qızğın söhbət edir, öz ədalarının üstünlüyünü gözə soxurdular.

Valeriya və onunla söhbət edən adamlardan bir az kənarda iki uşaq ayaq üstə durmuşdu. Onlardan birinin on dörd, digərinin on iki yaşı vardı. Böyüyünün adı Katon, kiçiyininki isə Tsepion idi. Tsepion qardaşına nisbətən dilli-dilavər, Katonsa, əksinə, qaradinməz idi.

Pompey sirkə girib kahin qızlarının yanında özünə yer tutdu. O, alqışların müqabilində xalqa nəzakətlə baş əyərək minnətdarlığını bildirdi.